Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qala Həyat Sığorta Şirkəti”nin yeni ofisinin rəsmi açılışı olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat Sığorta Şirkəti”nin yeni ofisinin rəsmi açılışı olub

Bu gün “Qala Həyat Sığorta Şirkəti”nin Bakının Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında yerləşən yeni ofisinin rəsmi açılış mərasimi olub.  

 

Reklam_3_11

Açılış mərasimində yerli media nümayəndələri ilə yanaşı müxtəlif təşkilat və şirkətləri təmsil edən nümayəndələr və digər qonaqlar iştirak edib.    

 

Daha sonra media nümayəndələri yeni ofisdə müştərilər və işçilər üçün yaradılmış şəraitlə tanış olublar.  

 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Elnur Hüseynquluyev bildirib ki, yeni ofisə köçməkdə əsas məqsəd müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, eləcə də əməkdaşlar üçün yüksək səviyyəli ofis şəraiti yaratmaqdır:

 

“Qala Həyat” şirkəti olaraq əsas prioritet istiqamətlərdən biri həyat sığortası məhsulları barədə əhalini maarifləndirməklə yanaşı, bu məhsulların müştərilə əlçatanlığını təmin etməkdir. Ofisin yeni ünvana köçməsi də məhz elə bu sahədə görülən işlərdən biridir ki, müştərilər həftənin 5 günü səhər saat 09:00-dan 18:00-dək yeni ofisimizə yaxınlaşmaqla həyat sığortası məhsulları barədə ətraflı məlumat əldə edə bilərlər. Qeyd etməliyəm ki, “Qala Həyat”da müştərilərə həyat sığortası ilə yanaşı “Qala Sığorta” şirkətinin məhsulları da təqdim edilir”.  

     

Qeyd edək ki, müştərilərinə daha da yaxın olmağı əsas prioritet seçən “Qala Həyat” yalnız paytaxt Bakıda deyil, “Qala Sığorta” şirkətinin bölgələrdə yerləşən xidmət şəbəkəsi vasitəsi ilə də vətəndaşlara həyat sığortası xidmətləri təklif edir.

01.05.2019 14:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ