Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bank BTB-dən kişilərə özəl kredit kampaniyası

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank BTB-dən kişilərə özəl kredit kampaniyası
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank BTB, 14 Fevral və 8 Mart bayramlarından “sağ-salamat” çıxan bəylərimizin, Novruz Bayramı ərəfəsində də yaranacaq xərclərini nəzərə alaraq “Sağ-SalaMart” kredit kampaniyasını təklif edir. Bu barədə “Marja”ya Bankdan bildirilib.

 

Kampaniyanın şərtlərinə görə, Mart ayının sonunadək Bank BTB yə müraciət edən kişilər, zaminsiz 1000 AZN-dək plastik kartda kredit xətti əldə edə biləcəklər.Əlavə olaraq, kredit xəttinin bağlı olduğu plastik kart bəylərimizə pulsuz təqdim olunacaqdır.

 

Kartın növü müştərinin istəyinə görə Mastercard Standard və ya VISA Classic ola bilər.Kreditin müddəti isə 12 aydır. Kredit xəttini Bank BTB-nın bütün filiallarından əldə etmək mümkündür. 2010-cü ildən fəaliyyət göstərən Bank BTB, baş ofisdə yerləşən Müştəri Xidməti Departamenti ilə yanaşı 10 filial və 6 şöbə ilə müştərilərə xidmət göstərir.

 

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.”

09.03.2017 08:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ