Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed sədri yeni açıqlamalar verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed sədri yeni açıqlamalar verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell (Jerome Powell), Federal Açıq Bazar Komitəsinin (FOMC) May toplantısından sonra mətbuat konfransında açıqlamalar verib. Pauell, Martdan bu yana gələn məlumatların gözləntilərə paralel olduğunu bildirib.


"Marja" xəbər verir ki, iqtisadi artım və məşğulluq artımının gözlənildiyindən daha güclü olduğunu bildirən Pauell, buna qarşı inflyasiyanın gözləniləndən daha zəif qaldığını söyləyib. Fed sədri Bankın 2%-lik inflyasiya hədəfinə bağlı olduğunu qeyd edib.

Reklam_3_11


 
"İlk rübdəki zəif baza inflyasiya Fed-in faiz artırması ilə bağlı deyil"
 

Baza inflyasiyada ilk rübdə baş verən azalmanın gözlənilməz bir vəziyyət olduğunu vurğulayan Pauell, bunun müvəqqəti faktorlardan qaynaqlanmış ola biləcəyini deyib. Pauell, "Aşağı inflyasiyanın bir hissəsi müvəqqəti görünür. İlk rübdəki zəif baza inflyasiya Fed-in faiz artırmasına bağlı deyil" şəklində bildirib. Pauell, inflyasiya gözləntilərində mümkün bir pisləşmənin iqtisadiyyat üçün mənfi ola biləcəyini əlavə edib.
 

Fed, ilin geri qalanında sağlam iqtisadi artım gözləyir. Çıxışında qlobal risklərə də toxunan Pauell, Çin və Avropadakı zəif iqtisadi inkişafa və "Brexit"ə dair qeyri-müəyyənliyə işarə edib. Bir çox mühüm mərkəzi bankın inflyasiya hədəflərinə çatmaqda çətinlik çəkdiyini bildirib.


 
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

"İnflyasiya daim 2%-in üzərində və ya altında qalsa problem olar",- deyən Pauell, "Əgər komitə inflyasiyanın inadlı şəkildə aşağı qaldığını görsə, siyasəti müəyyən edərkən bunu nəzərə alacaqdır",- əlavə edib.
 

ABŞ-da maliyyə sektorunda bəzi aktiv qiymətlərinin yüksək olduğunu ancaq həddən artıq yüksək olmadığını bildirən Fed sədri, "Şirkətlərin borc səviyyəsilə bağlı bəzi narahatlıqlar var", - deyib.

 

"Fed siyasətində müstəqildir"
 

Pauel, ABŞ Prezidenti Donald Trampın tez-tez təkrar etdiyi faiz endirimi çağırışları ilə əlaqədar olaraq Fed-in siyasətində müstəqil olduğunu qeyd edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Vaşinqtondakı iki gün davam etmiş iclasında federal maliyyələşdirmə nisbəti (Fed-in faizi və ya uçot dərəcəsi) 2.25 faiz - 2.50 faiz aralığında sabit saxlanılıb.

02.05.2019 06:26

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ