Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycanda tikinti materiallarının istehsalı 15% azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda tikinti materiallarının istehsalı 15% azalıb

2016-cı ili yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 319,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,4% azdır. Bu barədə   Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 2 mln. 130,8 min ton sement (azalma 14,6%), 141,4 min ton tikinti gipsi (azalma 20,2%), 76 min 514,5 ton sement, süni daş və ya betondan tikinti blokları və kərpic (azalma 37,9%), 329,6 min ton asfalt (azalma 14,8%) istehsal olunub.

 

Bundan başqa, tikinti kərpicinin istehsalı 25,2% - 183,7 min kubmetr, hazır beton qarışığı istehsalı 55,8% - 387,6 min ton, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 38,2% - 7 min 23,1 tonadək azalıb.

 

Yanvar-noyabr aylarında 24,741 min ton tikinti əhəngi (artım 68%), 83,4 min kubmetr beton konstruksiya (artım 4 dəfə) istehsal edilib.

©“İnterfaks-Azərbaycan”

16.12.2016 07:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ