Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda Çin texnologiyası əsasında pambıq əkini - 50-60 SENTİNER MƏHSULDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda Çin texnologiyası əsasında pambıq əkini -  50-60 SENTİNER MƏHSULDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ucar rayonunda pambıq bitkisinin Çin texnologiyası əsasında becərilməsi ilə bağlı pilot layihənin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, pambıqçılıq üzrə ixtisaslaşmış Kürdəmir, Ucar, Ağsu, Ağcabədi, Zərdab, Yevlax və digər rayonlardan olan 200-dək fermer iştirak edib.

 

Tədbiri açan kənd təsərrüfatı naziri İnam Kərimov Çindən dəvət olunmuş mütəxəssislərinin iştirakı ilə Ucarda 10 hektar sahədə model təsərrüfat yaradıldığını bildirib:

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı maksimum yüksək səviyyəyə qaldırmaqla bağlı çox mühüm tapşırıq verib. Bu innovativ texnologiya da fermerin daha az əziyyət çəkməsinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləməsinə səbəb olur. Çin texnologiyasından istifadə nəticəsində istehsalat xərcləri azalır, məhsuldarlıq artır. Siz fermerlər bu gün qazandığınız təcrübənin carçısı olmalısınız. Biz Beyləqanda və Tərtərdə türk və yunan mütəxəssislərinin iştirakı ilə model təsərrüfatlar yaradırıq. Azərbaycanda pambıqçılığın ənənələri zəngindir. Artıq dünyada kənd təsərrüfatının inkişafı təcrübə mübadiləsi üzərində qurulub. Biz dünya təcrübəsini öyrənməli, öz yaxşı təcrübəmizlə birləşdirməli və təcrübəmizi digər dövlətlərlə bölüşməliyik”.

 

Daha sonra tədbir iştirakçıları Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında pambıq səpini ilə əyani tanış olublar.

 

Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır.

 

Yeni sistemin texniki üstünlüyünə gəldikdə, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür. Eyni zamanda, yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektara 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.

 

Torpaqda buxarlanmanın qarşısının alınması, nəmlik ehtiyatının yaradılması da pambığın innovativ texnologiya ilə əkilməsinin üstün cəhətlərindəndir. Çin texnologiyası əsasında pambığın əkini və becərilməsi zamanı polietilen örtükdən istifadə olunması alaq otlarının inkişafını məhdudlaşdırır ki, bu da ənənəvi üsulla müqayisədə əsas üstünlüklərdən biri sayılır. Bundan başqa, polietilen örtük toxumun inkişafı üçün yaxşı temperatur rejimi yaradır, bununla da erkən səpini həyata keçirmək mümkün olur.

 

Yeni innovativ texnologiyadan istifadə zamanı məhsuldarlıq ən azı 50-60 sentiner təşkil edir.

 

Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu pilot layihənin gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bununla bağlı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələrinə Çin texnologiyası əsasında pambıq əkininin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatın verilməsi, eləcə də pambıqçılıqla məşğul olan şirkətlərə bu innovativ layihənin üstünlüklərinin nümayiş etdirilməsi nəzərdə tutulur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Sonda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

02.05.2019 11:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ