“Aqrarkredit” şirkətə qarşı 38 milyon manatlıq iddia qaldırıb

“Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı "Uni Oil” MMC-ni məhkəməyə verib.

 

Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kredit Təşkilatı MMC-dən ümumilikdə 37 milyon 872 min 73 manat kredit borcunun tutululması barədə tələb irəli sürüb.

 

Həmçinin “Aqrarkredit” məhkəmədən borc tələbinin ‘‘Uni Oil” MMC-yə məxsus daşınar və daşınmaz əmlaklara, o cümlədən MMC-nin “Səyyarmextikinti” ASC-də olan 47,8303 faiz təsis payı həcmində “Səyyarmextikinti” ASC-yə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməsi, “Uni Oil” MMCnin və “Səyyarmextikinti” ASC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “Aqrarkredit” QSC-nin qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

 

Məhkəmənin qərarı ilə Kredit Təşkilatının “Uni Oil” MMC-yə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatına dair iddiası baxılmamış saxlanılıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© "Report"

2 May 2019 , 14:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin