Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollara təsir edəcək önəmli məlumatlar açıqlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollara təsir edəcək önəmli məlumatlar açıqlanacaq

Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı məlumatlarına fokuslanıb.


"Marja" xəbər verir ki, məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır. 

 

ABŞ-da Apreldə kənd təsərrüfatı xaric məşğulluğun 181 min artacağı gözlənilir. Fevralda məşğulluq 196 min nəfər artmışdı.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Apreldə də 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Martda da işsizlik 3,8% təşkil etmişdi.

 
Həmçinin ABŞ-da maaşların illik və aylıq artım nisbətləri də açıqlanacaqdır. 


Dolların qiymətləri  "məşğulluq" məlumatı öncəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 10:00-da Avro/Dollar məzənnəsi 1.1172 səviyyəsində olub. 

 

Fed-in faiz endirəcəyinə dair güclü gözələntilər ilə Dollar ucuzlaşmışdı. Dolların ucuzlaşması, ABŞ-da faiz endiriminə dair bazar gözləntilərinin azalması ilə yavaşlayıb. Fed sədri Cerom Pauel, ABŞ-da inflyasiyanın zəif gedişinin müvəqqəti faktorlardan qaynaqlanmış ola biləcəyini qeyd edərək, faiz endirimi üçün əhəmiyyətli bir səbəb olmadığını deyib. Bu açıqlama bazardakı narahatlığı azaldıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

 

Saat

Valyuta

Açıqlanacaq məlumat

Proqnoz

Əvvəlki

16:30

  USD

Orta Saatlıq Maaş (Aylıq) (Aprel)  

0,3%

0,1%

16:30

  USD

Orta Saatlıq Maaş (Əvvəlki İlə Nisbətən) (İllik) (Aprel)

3,3%

3,2%

16:30

  USD

Kənd təsərrüfatı xaric Məşğulluq (Aprel)

 

181K

196K

16:30

  USD

İşsizlik Nisbəti (Aprel)

3,8%

3,8%

03.05.2019 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ