Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib

(®) Kapital Bank 28 aprel – 1 may 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

 

Reklam_3_11

BAFT-ın Qlobal İllik Toplantısın əsas məqsədi transformasiyalar dövründə yeni imkanların müəyyənləşdirilməsi və çətinliklərin öhdəliyindən gəlmə üsulları, maliyyə institutlarını yaxın on ildə nə gözləyəcəyini və müasir rəqəmsal dövründə banklar və onların müştərilərinə nəyin vacib olduğunu müzakirə etməkdir. Tədbir zamanı maliyyə sahəsində müasir texnoloji trendlər və tənzimləyici aspektlər, real vaxt rejimində ödənişlər, blokçeyn, ödəniş sistemlərinin inkişafı mövzuları gündəmdə olub.

 

“Müasir dövrdə maliyyə qurumlarının qarşısında dayanan texnoloji yeniliklərin inkişafı, qiymətləndirilməsi və bu yeniliklərin tətbiqi gündəmdə olan ən vacib mövzudur. Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri, digər beynəlxalq ekspertlərlə ümumi müzakirələr və kiçik qruplarla görüşlərimiz oldu. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

 

Qeyd edək ki, tədbir zamanı Vüqar Sadiq BAFT-ın inkişafına əvəzsiz töhfələr verdiyinə və Azərbaycanda və regionda bank sahəsində peşəkar biliklərin təbliği istiqamətində mühüm işlər gördüyünə görə xüsusi mükafatla təltif olunub.

 

Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.

03.05.2019 08:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ