“SAZZ”a qarşı 40 milyon manatlıq məhkəmə iddiası

“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı “Azqtel” MMC-ni məhkəməyə verib.

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kredit Təşkilatı MMC-dən ümumilikdə 39 milyon 812 min 773 ABŞ dolları kredit üzrə borcunun tutulması barədə tələb irəli sürüb.

 

Həmçinin “Aqrarkredit” QSC məhkəməyə müraciətində göstərib ki, şirkətin borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqlarının qeydiyyatını xahiş edib.

 

Daha sonra iddiaçı Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini istəyib.

 

Məhkəmə iddia ərizəsini baxılmamış saxlayıb.

 

Qeyd edək ki, "Azqtel" Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən operatordur. 2005-ci ildə rəsmi qeydiyyatdan keçib və 2008-ci ildən etibarən "SAZZ" brendi adı altında bu xidməti göstərməyə başlayıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

3 May 2019 , 11:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin