Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vergi Ombudsmanı fəaliyyətə başlayır - TƏYİNAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi Ombudsmanı fəaliyyətə başlayır - TƏYİNAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb və nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.

 

Reklam_3_11

Bu barədə Nazirlikdən bildirilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

E.Məmmədov bildirib ki, institut vergiödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.

 

XXX


Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək

 

Mayın 3-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün brifinq keçirilib. Brifinqdə Vergilər nazirinin müşaviri Elçin Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib.

 

Bildirilib ki, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə Vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı İnstitutu yaradılıb. Bu institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq və vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.

 

Qeyd olunub ki, Vergilər nazirinin növbəti əmri ilə bu günlərdə vergi ombudsmanının fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini müəyyən edən “Vergi ombudsmanı haqqında Əsasnamə” təsdiq edilib. Həmin əmrlə Vergilər nazirinin müşaviri  Elçin Məmmədov vergi ombudsmanı təyin edilib.

 

Bildirilib ki, apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Vergi Ombudsmanı İnstitutunun yaradılması ilə vergi ödəyiciləri ilə üfüqi əməkdaşlıq platforması genişləndirilib və vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə ediblər.

 

E.Məmmədov qeyd edib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciətinin qalmamasıdır. Ombudsman bu işdə onlara yardım edəcək, hüquqi müdafiəsini təmin edəcək, müraciətlərə ədalətli baxılması mövqeyindən çıxış edəcəkdir. Bu, həmçinin, vergi əməkdaşlarının qəbul etdikləri qərarlara görə məsuliyyət daşımasına da böyük təsir göstərəcəkdir.

 

Brifinqdə vergi ombudsmanının hüquq və vəzifələri, fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Bildirilib ki, o, Vergilər nazirinin əmri ilə təyin edilən, bilavasitə nazirə tabe olan və ona hesabat verən şəxsdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasıdır.

 

Brifinqdə KİV nümayədələrinin sualları cavablandırılıb.

03.05.2019 10:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ