"İranı neft bazarından silmək mümkün deyil"

İranı neft bazarından silmək mümkün deyil. İranın problemləri təkcə bu ölkəyə deyil, bütün Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təsir edir.

 

Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

 

O, İranı neft bazarından çıxarmağın mümkün olmadığını və OPEC-in neft məsələsini siyasətdən kənar idarə etməyə çalışdığını bildirib:

 

“OPEC qərarları kollektiv olaraq qəbul edir və təşkilatın birtərəfli siyasəti yoxdur. OPEC yarandığı gündən ötən 60 il ərzində müxtəlif problemlərlə qarşı-qarşıya qalıb. OPEC üzv ölkələrin müxtəlif problemlərinin həllinə kömək edib. Əgər bu birliyi qoruya bilmişiksə, problemləri də həll edə bilərik. OPEC təşkilati qərarlar qəbul edir, birtərəfli siyasəti yoxdur. Bütün üzv ölkələr toplaşır və birgə qərarlar qəbul olunur”.

 

Müxtəlif nazirliklər və OPEC Katibliyi səviyyəsində İran məsələsi ilə bağlı problemin həllinə dair müzakirələrin aparıldığını deyən M.Barkindo bildirib: “İranı neft bazarından silmək mümkün deyil. İranın problemləri təkcə bu ölkəyə deyil, bütün OPEC-ə təsir edir”.

 

"Hazırda qlobal miqyasda gündəlik 100 milyon barrel neft istehlak edilir"


Məhəmməd Barkindo deyib ki, hazırda qlobal miqyasda sutkada 100 milyon barrel neft istehlak olunur.

 

“Dünyada gündəlik 100 milyon barrel neft istehlak edilir. OPEC isə qlobal neft tələbatının ödənilməsi və sabitliyin təmin edilməsində həlledici rol oynayır”.

 

Onun fikrincə, İran, Venesuela və Liviyadakı son proseslər neft bazarına təsirsiz ötüşmür.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Azərtac

3 May 2019 , 13:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin