Avro Zonasında inflyasiya artdı

Avropa Statistika Ofisi (Eurostat), Avro Bölgəsinin aprel ayı illik inflyasiya göstəricilərini dərc edib.
 

Avro Bölgəsində martda 1,4 faiz olan illik inflyasiya apreldə 1,7 faizə qalxıb.
 

Avro Bölgəsində aprel ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya  5,4%-lə enerjidə olub. Növbəti yerləri 1,9 faiz ilə xidmətlər, 1,5 faiz ilə qida, alkoqol və tütün məhsulları tutur.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Digər tərəfdən, Avro Zonasında pul siyasətini aparan Avropa Mərkəzi Bankı (ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir.

3 May 2019 , 14:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin