İran: "OPEC dağıla bilər"

İran Neft naziri Bijan Zəngənə, paytaxt Tehranda OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

 

"Marja" xəbər verir ki, qlobal neft bazarı və problemlərinə dair OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə müzakirə apardıqlarını bildirən Zəngənə, "Bəzi OPEC üzvlərinin birtərəfli qərarları səbəbindən OPEC dağıla bilər" - deyib.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

İranın öz maraqlarını düşünərək OPEC-ə üzv olduğunu deyən İranın neft naziri, "Əgər OPEC üzvləri İranı təhdid edərsə, bunu cavabsız qoymayacağıq" ifadəsini istifadə edib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın İran sanksiyalarına dəstək verirlər. Bu ölkələr İranın neft bazarından çıxması vəziyyətində onun yerini tutacaqlarını açıqlayıblar.

3 May 2019 , 14:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin