Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Assosiasiya və “İnvest-AZ” daha bir universitetdə seminar keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Assosiasiya və “İnvest-AZ” daha bir universitetdə seminar keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC LDU ilə birgə “Maliyyə bazarlarında praktik fəalyyət” mövzusunda seminar keçirilib.

 

Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisadiyyat elmləri namizədi, dosent Gülbəniz Əliyeva Azərbaycan Respublikası Prezidentinin 16 May 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramından, onun icrası istiqamətində görülən işlərdən söz açıb. Bildirib ki, respublikamız bazar iqtisadiyyatı şəraitində inkişaf edən, qeyri-neft sektorunun inkişafını xüsusi prioritet seçən, şaxələndirilmiş iqtisadiyyata və gələcək perspektivlər üçün çox fərqli biznes sektorlarının inkişafında maraqlı olan bir ölkədir. Ölkədə qeyri-neft sektorunun inkişafına diqqət çəkən Gülbəniz Əliyeva tələbələrə bu istiqamətdə daha çox bilik və bacarıqlara yiyələnmələrini tövsiyyə edib. 

 

İnvestor-İnvestisiya şirkətinin analitiki Anar Qəhrəmanov“Azərbaycan Maliyyə bazarları haqqında”, İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris üzrə meneceri Rövşən Məmmədov “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda təqdimatla çıxış ediblər. 

 

Seminarda tələbələrə ümumilikdə maliyyə bazarları, o cümlədən, birjanın növləri, iştirakçıları, birjada ticarətin motivləri haqqında məlumat verilib,maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanı, analitik təhlil üsulları barədə danışılıb.


Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, mövzular ətrafında fikir mübadiləsi edilib

03.05.2019 14:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ