Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Adambaşına 740 dollara yaxın borcumuz var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Adambaşına 740 dollara yaxın borcumuz var

Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 milyard 913,2 milyon dollar ekvivalentində olub. Adambaşına düşən xarici dövlət borcu 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib.

 

Bu barədə hökumətin illik hesabatında bildirilir.

 

2017-ci il 1 yanvar tarixinədək imzalanan sazişlər üzrə cəlb olunması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 32,3%-ə, 2017-ci il 1 yanvar tarixinə istifadə edilmiş və xarici dövlət borcu hesab edilən kreditlərin məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 20,4%-ə bərabər olub. 

 

Hesabata əsasən xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin məbləği 2017-ci il 1 yanvar tarixinə 406,2 mln. ABŞ dollarına bərabər olub.

 

Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6 milyard 894.3 milyon ABŞ dolları (10 milyard 751  milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Nəticədə adambaşına xarici dövlət borcu 737,2 dollar səviyyəsində olub. 

 

© Report

09.03.2017 11:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ