Tramp Çinə gömrük vergilərini yüksəldir - QLOBAL RİSK ARTDI

ABŞ Prezidenti Donald Tramp, 200 milyard dollar məbləğində Çin malının ABŞ-a satışına tətbiq edilən gömrük tariflərini iki dəfə artıracaqları və yeni idxal vergiləri tətbiq edəcəkləri təhdidini edərək, bu həftə Vaşinqtonda davam etdiriləcək danışıqlardan əvvəl Çin üzərindəki təzyiqi artırıb.


 

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən gömrük vergiləri ilə əlaqədar açıqlama verib.

 

"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından etdiyi paylaşmada, "Çini bizə on aydır yüksək texnologiya sahəsində 25%, 200 milyard dollar məbləğindəki digər mallarda isə 10% vergi ödəyir. Bu 10%-lik vergi Cümə günü 25%-ə yüksələcək" yazıb.

 

Tramp, "Çindən alınan 325 milyard dollarlıq mallarda vergi yoxdur, ancaq qısa bir müddət sonra 25% vergi tətbiq ediləcək. Bizə ödənən vergilərin Çin tərəfindəki qarşılığının çox az olduğunu düşünürəm. Çin ilə ticarət danışıqları hələ də davam edir, ancaq müzakirə etməyə çalışdıqları üçün müddət çox yavaş davam edir. Buna "xeyr" deyirəm",- açıqlamasını edib

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Trampın bu açıqlamaları qlobal risklər yenidən artırıb. 

 

Çin ABŞ-la ticarət danışıqlarından imtina edə bilər

 

Çin Amerika lideri Donald Trampın təhdidləri səbəbindən ABŞ-la ticarət danışıqlarının növbəti mərhələsini ləğv edə bilər.

 

Bu barədə mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

 

Bildirilir ki, söhbət Trampın bir neçə Çin məhsuluna gömrük rüsumunun qoyulması ilə bağlı bəyanatından gedir. Qəzet yazır ki, Çin Trampın hədələrindən son dərəcə narahatdır və "təzyiq altında" danışıqlar aparmaqdan imtina edə bilər.

6 May 2019 , 08:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin