Trampın açıqlamasından sonra Çində "zəlzələ"

Çin səhmləri, ABŞ Prezidenti Donald Trampın ticarət danışıqlarına dair inam sarsıdan açıqlamalarının ardından kəskin ucuzlaşıb. Yuan dəyər itirib, istiqrazlar yüksəlib.

 
"Marja" xəbər verir ki, 30 Apreldən bu yana ilk dəfə əməliyyata açılan CSI 300 İndeksi 6.08% geriləyərək ən azı 2016-cı ilin Fevral ayından bəri ən kəskin azalmasına yönəlib. Yuan üç ildən bəri görülən ən kəskin ucuzlaşmanı qeyd edib. "Chinext" İndeksində də 7.14 faiz ilə 3 ilin ən kəskin geriləməsi baş verib.

 

Çin xaricində əməliyyat olunan Yuan Dollar qarşısında 1.3 faiz azalma ilə 6.8218 ilə 10 Yanvardan bəri ən aşağı səviyyəsindən əməliyyat olunmasından sonra 0.88 minusda 6.7950-dən alıcı tapıb.


 
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Tramp, "Twitter" üzərindən verdiyi açıqlamada ticarət danışıqlarının ləng getdiyinə işarə edərək 200 milyard dollarlıq Çin idxalına tətbiq olunan 10%-lik verginin Cümə günü 25%-ə qaldırılacağını bildirib.


Mövzuya yaxın mənbələr, Trampın açıqlamasından sonra Çinin yüksək səviyyəli rəsmilərinin bu həftə Vaşinqtona planlaşdırdıqları səfəri (ticarət müqaviləsi danışıqları üçün) təxirə salmağı düşündüklərini bildiriblər. 

 

Çin aktivlərinin ciddi satış təzyiqi altında qalması vəziyyətində rəsmilərin bazarı dəstəkləmək üçün müdaxilə edəcəyi bildirilir.

 

Analitiklər bildirirlər ki, Çin - ABŞ ticarət danışqıarının nəticəsiz qalacağı gözləntisi ilə, riskli aktivlər təzyiq altında qalacaqdır.

6 May 2019 , 10:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin