Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Özünüməşğulluqda yeni mexanizm - NƏZARƏT GÜCLƏNDİRİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özünüməşğulluqda yeni mexanizm - NƏZARƏT GÜCLƏNDİRİLİR

Verilmiş aktivlərdən səmərəli istifadə üçün təkmil metodiki dəstək mexanizmi qurulur

 

Reklam_3_11

Bu sahəyə nəzarət sistemi gücləndirilir


 

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev, “Bəzən müəyyən vasitələr vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, - mən bilirəm ki, treninqlər də keçirilir, - eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır” deyə bildirib.

 

Tapşırığın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi proqram əsasında verilmiş aktivlərdən səmərəli istifadə üçün daha təkmil formada metodiki dəstək mexanizminin qurulması işlərinə başlayıb.

 

Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, xüsusilə proqrama cəlb olunanların 85 faizi biznes-planlarına uyğun kənd təəsərrüfatı, xüsusən heyvandarlıq fəaliyyəti üzrə öz təsərrüfatlarını qurur. Onlara verilən mal-qara Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş müstəvisində mütəmadi baytar yoxlamalarından keçəcək. Mal-qaraya qulluq qaydaları barədə proqram iştirakçılarına müxtəlif formalarda metodiki dəstək tədbirləri həyata keçiriləcək.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Həmçinin digər fəaliyyət sahələri (xidmət, istehsal və s.) üzrə qurulmuş təsərrüfatlara vaxtaşırı baxış keçirilməklə, avadanlıqlar formasında verilən aktivlərdən düzgün və məqsədyönlü istifadə vəziyyəti təhlil olunacaq, bu istiqamətdə də vətəndaşlara ardıcıl metodiki köməkliklər göstəriləcək.

 

Aktivlərdən istifadəyə nəzarət sisteminin təkmilləşdirilməsi çərçivəsində nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemində özünüməşğulluq proqramının hər bir iştirakçısına dair şəxsi kabinetlər yaradılacaq. Proqramın icra mərhələlərində onunla bağlı aparılmış işlər, yekun olaraq ona verilmiş aktivlər barədə məlumatlar şəxsi kabinetlərində yerləşdiriləcək. Verilən aktivlərin keyfiyyəti (foto və videomateriallarla) və bunu təsdiqləyən sənədlər, aktivlərin verilməsi zamanı vətəndaş məmnunluğu əsasında aktlaşdırma prosesi, aktivlərdən istifadəyə dair aparılmış vaxtaşırı montorinqlərin nəticələri və s. barədə məlumatlar əlavə ediləcək.

 

Bütün bu məlumatların ictimai açıqlığı və nəticədə verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarət də təmin ediləcək.

06.05.2019 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ