Avropada pərakəndə satışlar artıb

Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin mart ayı pərakəndə satış göstəricilərini yayıb.
 

"Marja" xəbər verir ki, 19 üzvlü Avro Zonasında pərakəndə satışlar martda fevral ayına nisbətən dəyişməyib, keçən ilin eyni dövrü ilə müqayisədə isə 1,9 faiz artıb.
 

AB-də isə pərakəndə satışlar, martda əvvəlki aya nisbətən 0,3 faiz, 2018-in eyni dövrü ilə müqayisədə də 2,9 faiz artıb.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

AB ölkələri arasında martda əvvəlki aya nisbətən pərakəndə satışlarda ən yüksək artım 1,7% ilə Litva, 1,2% ilə Portuqaliya və 1,1% ilə Böyük Britaniyada olub.
 

Sözügedən dövrdə ən çox azalma 3,1% ilə Sloveniya və 1,9% ilə Xorvatiyada ölçülüb.

6 May 2019 , 14:52   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin