Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Baş Prokurorluqdan ANS açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baş Prokurorluqdan ANS açıqlaması

Bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.

 

Reklam_3_11

Bununla bağlı Baş Prokurorluqdan verilən açıqlamada deyilir:

 

"Bidiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib.

 

Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib".


 

“Bir müddət əvvəl Azərbaycan Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz, ANS-ə tam bəraət qazandıran məktub aldıq”.

 

Bunu açıqlamasında ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev deyib.

 

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirilib. Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan xalqı və dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi”,– deyə Vahid Mustafayev vurğulayıb.

 

Xatırladaq ki, 18 iyul 2016-cı ildə Milli Televiziya və Radio Şurası televiziya şirkətinin lisenziyasının ləğv edilməsi və ANS ÇM radiostansiyasının bağlanması haqda qərar qəbul etmişdi. Lisenziyanın ləğv edilməsinə səbəb guya gülənçilərin lideri Fəthullah Gülənə dəstək verməsi barədə televiziyaya qarşı irəli sürülən ittihamlar idi.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

06.05.2019 16:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ