Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İran-ABŞ münasibətləri gündən-günə gərginləşir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran-ABŞ münasibətləri gündən-günə gərginləşir

İran ilə ABŞ arasında münasibətlər gündən-günə gərginləşir. Vəziyyət artıq hərbi güc nümayiş etdirmək səviyyəsinə çatıb.

 

Vaşinqton administrasiyası bombardmançı təyyarə daşıyan “Avraam Linkol” hərbi gəmisini Fars körfəzinə göndərmək qərarına gəlib. Hərbi gəmi artıq Virciniya ştatının sahilindəki hərbi bazadan çıxaraq Fars körfəzinə istiqamət götürüb. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, rəsmi Vaşinqton istənilən halda müttəfiqlərinin maraqlarını müdafiə edəcək.

 

Qeyd etmək lazımdır ki, Prezident Donald Tramp İran neftinin dünya bazarına çıxarılmasının qarşısını tamamilə almaq məqsədilə 6 ay müddətinə 7 ölkəyə neft almaq icazəsini aradan qaldırdıqdan sonra vəziyyət daha da gərginləşdi. İran silahlı qüvvələrinin qərargah rəisi general Məhəmməd Baqeri bəyan etdi ki, əgər İran dünya bazarına neft çıxara bilməsə, onda Hörmüz boğazını bağlayaraq Körfəz ölkələrinin də neft satışını dayandıracaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Hörmüz boğazı Fars körfəzindən Hind okeanına çıxışı təmin edir və Körfəz ölkələri dünya bazarına tankerlərlə neft məhz bu yolla çıxarırlar.

 

General M. Baqerinin bəyanatından sonra ABŞ hərbi gəmisini Fars körfəzinə göndərmək qərarına gəlib. Hər iki tərəfin rəsmiləri hərbi toqquşma arzusunda olmadıqlarını bildirsələr də, görünən odur ki, diplomatik dillə deyilən sözlər reallıqda özünü doğrultmur. Ötən gün ABŞ körfəzə hərbi gəmi göndərmək qərarına gəldi, bu gün isə İran yeni texnologiyalarla hazırlanmış silahlarını nümayiş etdirdi. Tərəflər arasındakı gərginliyin nə vaxta kimi davam edəcəyini və hərbi toqquşmanın baş verib-verməyəcəyini isə zaman göstərəcək.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Azərtac

06.05.2019 17:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ