Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda ən populyar şampun markaları - ARAŞDIRMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ən populyar şampun markaları - ARAŞDIRMA

“Business Insight” şirkəti “Marka Mənsubiyyəti Araşdırması” ilə bağlı növbəti sorğusunu həyata keçirib.

 

Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1270 respondentlə həyata  keçirilib. Respondentlərə "Saçlarınız üçün hansı şampun markasından davamlı olaraq istifadə edirsiniz?" sualı da verilib.

 

"Marja" Araşdırmaya istinadən xəbər verir ki, sorğuya cəlb edilən respondentlər 95 adda saç şampun markasını qeyd ediblər.


"Bu markalar arasında "Head & Shoulders" daha populyardır (32,3%). 21.3% respondent qrafikdə göstərilməyən digər şampun markalarını qeyd ediblər.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

6.5% respondent isə qeyd edib ki, şampundan istifadə etmir.

 

3.1% respondent mobil telefonla suallara cavab verdiyi üçün evdə olmadığını əsas kimi gətirərək şampun markasının adını deyə bilməyib.

 

Təhlillər göstərir ki, "Head & Shoulders" istifadəçiləri arasında kişilər əksəriyyət təşkil edir (bu markanın istifadəçilərinin 61%-ni kişilər, qalan 39%-ni isə xanımlar təşkil edir).

 

Yaş kateqoriyaları üzrə seqmentasiya etdikdə "Head & Shoulders"ın bütün yaş kateoqriyaları tərəfindən eyni səviyyədə istifadə olunduğu məlum olur (gənclər (20-35 yaş) – 49,3%, yaşlılıar (35 yaş+) - 50,7%).

 

Amma "Elidor"un gənclərin şampunu olduğunu qeyd edə bilərik. Çünki "Elidor" istifadəçiləri arasında gənclər çoxluq təşkil edir. Azərbaycanın şampun markalarından istifadə


xəritəsinə nəzər salsaq məlum olur ki, "Head & Shoulders" ən çox Aran (45%) və Gəncə-Qazax (38,5%), "Elidor" ən çox Abşeron (21,4%) iqtisadi rayonunda istifadə olunur",- Araşdırmada deyilir.

07.05.2019 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ