Bakı və Minsk müdafiə sahəsində yeni böyük layihələr həyata keçirməyi planlaşdırır

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev dünən Bakıda müdafiə sahəsində yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

“Z.Həsənov və O.Belokonev ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər”, - deyə məlumatda bildirilir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİ

 

Tərəflər Belarusun hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndiriblər.

 

“Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.

7 May 2019 , 09:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin