Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hər həftə “ASAN radio”da canlı “Sahibkar vaxtı” proqramı efirə gedəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hər həftə “ASAN radio”da canlı “Sahibkar vaxtı” proqramı efirə gedəcək

(®) Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN radio”nun tərəfdaşlığı ilə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilib. Birgə layihə çərçivəsində hər həftə “ASAN radio”da canlı olaraq “Sahibkar vaxtı” proqramı efirə gedəcək.

 

Reklam_3_11

Sahibkar vaxtı” verilişini hər həftənin çərşənbə axşamı, saat 19.05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının, KOBİA-nın və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.  

 

Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. “Sahibkar vaxtı” verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.

 

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin  direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta  biznesə dəstək layihələrimiz uğurla davam etdirilir. Getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq Bankının yaratdığı sərfəli kreditləşmə imkanlarından yararlanır. Tərəfdaşlıq etdiyimiz qurumlarla bu sektorun inkişafına maarifləndirici layihələrimizlə də dəstək olmağa çalışırıq. Ümid edirik ki, “Sahibkar vaxtı” verilişi niyyətimizi doğruldacaq, sahibkarlarımızın işinə kömək göstərəcək”.

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin mətbuat katibi Vüsalə Quliyeva qeyd edib ki, sahibkarların məlumatlandırılması baxımdan maarifləndirici verilişlər əhəmiyyətlidir: “Sahibkarlarla mütəmadi ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə müəyyən suallarının olduğunu görürük. Biznesin qurulması və inkişafı, bu sahədəki yeniliklər və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılması üçün “Sahibkar vaxtı” verilişi maraqlı və faydalı bir platforma olacaqdır”.  

 

Verilişin aparıcısı Əli Əhmədov isə auditoriyanın bu cür verilişlərə marağının getdikcə artdığını bildirib: “Biznes mühiti inkişaf etdikcə, cəmiyyətimizdə iqtisadi savadlılıq səviyyəsi yüksəldikcə insanlar vaxtlarını belə gərəkli verilişlərə sərf etmək istəyirlər. Biz də maksimum çalışacağıq ki, dinləyicilərimizin “Sahibkar vaxtı”na ayırdıqları zaman müqabilində onlara faydalı nələrsə verək”.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

07.05.2019 08:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ