Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Palata qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2019-cu ilin I rübü ərzində qiymətli kağızlar bazarında ümumilikdə 5 milyard 663.5 milyon manat həcmində əməliyyat aparılıb.

 

Reklam_3_11

Əməliyyatların 73.2%-i (4 milyard 144.8 milyon manat) ilkin bazarda, 26.8%-i (1 milyard 518.7 milyon manat) isə təkrar bazarda aparılıb. Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızların ilkin bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (1 milyard 103.2 milyon manata) artıb.

 

Korporativ qiymətli kağızlar

 

2019-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3.3 dəfə artmasına səbəb olub. Əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444 milyon manata çatıb. Ümumilikdə,  ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37% artım müşahidə olunub.

 

Dövlət qiymətli kağızları

 

Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 41% (2 milyard 608.2 milyon manat) artaraq 3 milyard 671.8 milyon manat təşkil edib. Bunun 227.5 milyon manatını Maliyyə Nazirliyinin istiqrazları, 3 milyard 444.3 milyon manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 8 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 13 hərrac keçirilib və müvafiq olaraq, 151.8 milyon manat və 3 milyard 363.1 milyon manat məbləğində yerləşdirmə olub.

 

Repo və əks-repo əməliyyatları

 

Hesabat dövründə repo əməliyyatlarının ümumi məbləği 101 milyon manat olub. Dövlət istiqrazları ilə bağlanan repo əməliyyatların həcmi ötən illə müqayisədə 16% artaraq 92.6 milyon manat təşkil edib.

 

2019-cu ilin I rübü üzrə qiymətli kağızlar bazarına dair statistik məlumatlar icmal göstəricilərdə öz əksini tapıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

07.05.2019 10:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ