Bu məhsuldan hər 10 evdən 8-də var - ARAŞDIRMA

“Business Insight” şirkəti “Marka Mənsubiyyəti Araşdırması” ilə bağlı növbəti sorğularını həyata keçirib.

 

Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1270 respondentlə həyata  keçirilib. 

 

“Marja” araşdırmaya istinadən xəbər verir ki, respondentlər "Paltarlarınızı yuyan zaman yuyucu toz markalarından hansılarını davamlı olaraq istifadə edirsiniz?" və "Qablarınızı yuyan zaman hansı toz markalı qab yuyan vasitədən davamlı olaraq istifadə edirsiniz?" suallarına da cavab veriblər. 

 

"Marja" xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, hər 10 evdən 8-də camaşırlar "Ariel" ilə yuyulur.

 

"Müqayisəli təhlillər də göstərir ki, bazarda məhz ən yaxşı yuyucu vasitə mövqeyindən uzun illərdir "Ariel" çıxış edir",- sorğunun nəticələrinə həsr olunmuş hesabatda deyilir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Xanımlar üçün mətbəxdə keyfiyyətli qabyuyan vasitənin olması çox mühümdür. Xanımların bu istəyini ən çox "Fairy" markalı qabyuyan yuyucu vasitəsinin qarşıladığı məlum olub (87.8 %). Ümumiyyətlə, 1270 ev təsərrüfatı ilə keçirilmiş sorğu göstərir ki, hər 10 evdən 9-da P&G məhsulları mövcuddur. Belə ki, respondentlərin 88 %-nin evində yuyucu tozlardan "Ariel" və ya "Tide", qabyuyan vasitələrdən "Fairy" və saç şampunlarından "Head & Shoulders" və ya "Pantene" məhsullarından istifadə olunur.

7 May 2019 , 13:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin