Anti-sanitar şəraitdə toyuq sexi aşkarlandı - FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Samux rayonunun Nəbiağalı qəsəbəsində fəaliyyət göstərən quş emalı sexinə baxış keçirilib.

 

Agentlikdən “Marja”ya daxil olmuş məlumata görə, baxış zamanı sexin qeyd olunan ünvanda heç bir dövlət qeydiyyatı olmadan gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

 

Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saxlanıldığı aşkarlanıb.

 

Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanının sanitar-gigiyenik normalara zidd olaraq kanalizasiya xəttinə axıdıldığı məlum olub.

 

Eyni zamanda müəssisədə toyuqların saxlanılması üçün hər hansı bir soyuducu kameranın (anbar) olmadığı, toyuqların polietilen torbalara yığılaraq döşəmədə saxlanıldığı və daha sonra normativlərə cavab vermədən daşındığı məlum olub.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Faktla bağlı ekspertizanın aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 

Emal sahəsində araşdırmalar davam edir.  

7 May 2019 , 14:59   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin