Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Almaniya şirkəti Bakının Baş planının hazırlanmasına yerli mütəxəssisləri cəlb edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya şirkəti Bakının Baş planının hazırlanmasına yerli mütəxəssisləri cəlb edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin növbəti plenumunda Bakının Şəhərsalma İnkişafı müzakirə edilib

 

Reklam_3_11

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsi üçün cəlb etdiyi “AS+P” beynəlxalq şəhərsalma və memarlıq şirkəti işə başlayıb.


 

Plenum çərçivəsində “AS+P” şirkətinin yerli memarlarla ilk işçi görüşü keçirildi.

 

7 may tarixində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Bakının şəhərsalma inkişafına həsr edilmiş plenumu keçirilib.

 

Tədbirdə iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev iştirakçıları salamlayaraq bildirdib:

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında son illər ərzində uğurla reallaşdırılmış iri abadlıq və yenidənqurma layihələri sayəsində Bakı bu gün həm yüksək peşəkarlıqla konservasiya olunan zəngin tarixi-memarlıq irsi, həm də müasir memarlığı və infrastrukturu ilə seçilir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bugünki plenumun məhz Bakının şəhərsalma inkişafı mövzusuna həsr edilməsini təqdirəlayiq hesab edirəm. Cənab Prezidentin göstərişinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırda təşkil olunmuş Bakının Baş planının hazırlanması prosesinə nüfuzlu beynəlxalq təşkilarlar ilə yanaşı Azərbaycan ictimaiyyətinin və yerli peşəkarların da cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Sevindiricidir ki, Azərbaycan Memarlar İttifaqı Bakının Baş planının hazırlanması prosesinin bütün mərhələlərində fəal iştirak edir.”

 

Komitə sədri həmçinin Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərdən danışıb. Bidirilib ki, 1-ci mərhələdə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2018-ci il tarxili Fərmanına əsasən Bakı şəhərinin baş planının beynəlxalq standartlara uyğun və ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston  Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini əməkdaşlığa cəlb etmişdir.

 

Komitə sədri plenum iştirakçılarının diqqətinə çatdırıb ki, 1-ci mərhələdə görülmüş işlər nəticəsində beynəlxalq təcrübəyə və bu sahədə müasir qlobal tendensiyalara əsaslanaraq Bakının İnkişaf Konsepsiyası hazırlanıb, şəhərin inkişafının əsas prioritetləri müəyyən edilib. Eyni zamanda, 1-ci mərhələdə tərtib olunmuş ətraflı texniki tapşırıq əsasında Baş planın işlənməsi məqsədilə beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender keçirilib. Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma və memarlıq şirkəti seçilib və bununla da layihənin 2-ci mərhələsinə start verilib. Komitə sədri, həmçinin əlavə edib:

 

“Dünən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində layihənin 2-ci mərhələsinin bütün icraçılarının – “AS+P”, “Boston Konsaltinq Qrup” şirkətləri və Bakı Dövlət Layihə İnstitutu – ilk işçi görüşü təşkil olundu, növbəti addımların və qarşıdakı prosesin detalları müzakirə edildi. Bu gün isə, layihə icraçılarının Sizlərlə – Azərbaycan memarları ilə ilk görüşüdür. Əminəm ki, bütün maraqlı tərəflərin, o cümlədən aidiyyəti dövlət orqanlarının, ictimai birliklərin, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcəkdir. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək.”

 

Daha sonra çıxış üçün söz Bakı Dövlət Layihə İnstitutunun rəhbəri İlqar İsbatova verilib. O, nitqində Bakının İnkişaf Konsepsiyası haqqında məlumat verib, Konsepsiya ilə müəyyən edilmiş və şəhərin Baş planının əsasını təşkil edəcək 4 əsas prioriteti plenum iştirakçılarının diqqətinə çatdırıb:

 

1.Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;

 

2.Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;

 

3.Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;

 

4.Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçididir.

 

İlqar İsbatov onu da əlavə edib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılmış və bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilmişdir. O, vurğuladı ki, insanların Bakını gələcəkdə necə görmək istəyi barədə əldə edilmiş bu məlumat Baş plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq.

 

Daha sonra “AS+P” beynəlxalq şirkətinin icraçı direktoru Yoaxim Şares çıxış edərək şəhərlərin inkişafının dünya trendləri barədə məlumat verib. O, həmçinin, Bakı layihəsinin əhalinin yüksək artım tempi, şəhər və onun aqlomerasiyaları arasında tarazlığın qorunması və müasir dünyanın ayrılmaz atributu olan urbanizasiya proseslərinin davamlı idarə olunması zərurəti kimi əsas çağırışlarını xüsusi vurğulayıb. O, qeyd edib ki, təmsil etdiyi şirkətin əsas vəzifəsi təkcə beynəlxalq şəhərsalma prinsiplərinin Bakıda tətbiqi deyil, şəhərin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, onun tarixi görkəmini qorumaqdır. Məhz buna görə işə  yerli mütəxəssislər də cəlb olunmalıdır. Bildirilib ki, “AS+P” şirkəti görüləcək işlər çərçivəsində Bakı Dövlət Layihə İnstitutu və yerli peşəkarlarla sıx əməkdaşlığın qurulmasını planlaşdırır.

 

Çıxış və məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb.

07.05.2019 14:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ