Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

50 milyon manatdan 29 milyon manata düşdü - MƏHDUDİYYƏTİN NƏTİCƏSİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
50 milyon manatdan 29 milyon manata düşdü - MƏHDUDİYYƏTİN NƏTİCƏSİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin əvvəlindən etibarən əməkhaqqının həyatın yığım sığortasına yönəldilməsinə məhdudiyyətin tətbiq edilməsi həyat sığortası üzrə toplanan sığorta haqlarının azalmasına səbəb olub.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində könüllü həyat sığortaları üzrə cəmi 38 milyon 517 min manatlıq sığorta haqları toplanıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 24 milyon 791 min manat və ya 39,2% azdır. 2018-ci ilin yanvar-mart aylarında könüllü həyat sığortaları üzrə 63 milyon 308 min manat sığorta haqları toplanmışdı.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

İşçilərin yığım məqsədilə əməkhaqlarını yönəltdikləri həyatın yaşam sığortası üzrə tolanan sığorta haqlarının kəskin azalması cəmi könüllü həyat sığortası bazarının geriləməsinə səsəb olub. 2019-cu ilin ilk 3 ayı ərzində həyatın yaşam sığortası üzrə 29 milyon 55 min manat sığorta haqları toplanıb. 2018-ci ilin ilk 3 ayında bu məbləğ 50 milyon 12 min manat idi (20 milyon 957 min manatlıq və ya 42% azalma).

 

Müqayisə olunan dövrdə həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 12 milyon 746 min manatdan 8 milyon 696 min manata düşüb.

 

2019-cu ilin yanvar-mart aylarında

 

2018-ci ilin yanvar-mart aylarında

08.05.2019 05:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ