Sığorta şirkətlərinin yarısı mənfiyə düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətlərinin yarısı mənfiyə düşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübü ərzində Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 10-nun topladığı sığorta haqları artıb, 11-də isə azalıb. 1 sığorta şirkəti (Xalq Həyat) isə yeni lisenziya aldığından ilk rübdə əməliyyat aparmayıb.

 

“A-Qroup Sığorta Şirkəti”, Atəşgah Həyat” Sığorta Şirkəti, “AXA MBASK” Sığorta Şirkəti, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Qala Həyat” Sığorta Şirkəti daha az sığorta haqları toplayıblar.

 

BAZARDA AZALMA “AZƏRSIĞORTA”NIN HESABINA BAŞ VERMƏYİB

 

2019-cu ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201.2 milyon manat məbləğində sığorta haqları toplanıb.  Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% və ya 8 milyon 58 min manat çoxdur.  Əgər Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) topladığı sığorta haqları 7 dəfəyə yaxın artaraq 31 milyon 689 min manata qalxmasa idi, cəmi sığorta haqları azalardı. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” və “məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası”  Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir. İlk rübdə dövlət büdcəsindən sığorta haqlarının “Azərsığorta” şirkətinə köçürülməsi digər 11 şirkətin topladığı sığorta haqlarındakı azalmanı artıqlaması ilə bağlayıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Sığortaçının adı

Sığorta Haqları

2018 Yanvar-Mart (min manatla)

Sığorta Haqları

2019 Yanvar-Mart (min manatla)

+Artıb/-Azalıb

1

“Amrah Sığorta”  

30,9

90,5

+

2

“A-Qroup Sığorta Şirkəti”  

1,832.9

1,737.0

-

3

“AtaSığorta”  

4,236.2

5,374.5

+

4

“Atəşgah Həyat” Sığorta Şirkəti  

12,877.8

9,285.6

-

5

“Atəşgah” Sığorta Şirkəti  

8,425.1

10,528.7

+

6

“AXA MBASK” Sığorta Şirkəti  

5,474.7

962.1

-

7

Dövlət Sığorta Kommersiya Şirkəti

4,608.9

31,689,6

+

8

“Azərbaycan Sənaye Sığorta”

2,163.7

1,464.4

-

9

“Azsığorta”

3,813.9

3,099.9

-

10

“Bakı Sığorta”

189.3

175.3

-

11

“Günay Sığorta”

1,422.5

730.2

-

12

“İpək Yolu Sığorta”

6,601.4

6,836.5

+

13

“Meqa Sığorta”

10,121.2

8,624.3

-

14

"Naxçıvansığorta"

62.9

79.4

+

15

“PAŞA Həyat Sığorta”

55,670.3

39,673.0

-

16

“PAŞA Sığorta”

65,545.3

64,468.6

-

17

“Qala Həyat” Sığorta Şirkəti

3,167.5

2,579.3

-

18

“Qala Sığorta”

3,698.6

5,626.0

+

19

“Rəvan Sığorta”

265.3

557.4

+

20

“Standard Insurance”

1,637.3

1,892.7

+

21

“Xalq Həyat Sığorta”

-

-

 

22

“Xalq Sığorta”

1, 270.9

5,698.9

+

 

YEKUN

193,116,5

201,174.1

+

08.05.2019 07:37

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ