Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Almaniya şirkəti “Azəralüminium”da xəttlərin texniki auditini aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniya şirkəti “Azəralüminium”da xəttlərin texniki auditini aparıb

“Azəralüminium” MMC-nin dəvəti ilə alüminium xəlitələri avadanlıqlarının istehsalı sahəsində dünyanın aparıcı müəssisələrindən biri olan Almaniyanın “AXHENBACH BUSCHHÜTTEN”  şirkətinin mütəxəssisləri tərəfindən  Gəncə Alüminium Kompleksində  2013-cü ildə istifadəyə verilmiş Çin Xalq Respublikasının “CNPT” şirkətinin istehsalı olan fasiləsiz tökmə və soyuq yayma xəttlərinin texniki auditi keçirilmişdir.

 

“Azərbaycan Sənaye Korporasiyası”ndan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, audit zamanı qarşıya qoyulan texniki tapşırığın əsasını - əsas istehsalatda istismar olunan texnoloji avadanlıqların real istehsal güclərinin qiymətləndirilməsi, alüminium təbəqələrinin qalınlığının dəqiqliyi, müstəviliyi və keyfiyyət göstəriciləri, yayma sürəti, məhsuldarlığı və digər istehsalat göstəricilərinin yaxşılaşdırılması imkanlarının araşdırılması təşkil etmişdir.

 

İstehsal avadanlıqlarının və texnoloji proseslərin auditinin nəticəsi olaraq, dəvət olunmuş mütəxəssislər tərəfindən yeni istehsal və keyfiyyət göstəricilərinə nail olunması istiqamətində təkliflər təqdim edilmişdir.

 

“Azəralüminium” MMC  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsidir.

08.05.2019 11:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ