Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda birja açılış zəngi çalınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda birja açılış zəngi çalınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

IFC-nin dəstəyivə Bakı Fond Birjası təşkilatçılığı ilə növbəti birja açılış zəngi gender bərabərliyibarədə məlumatlılığın artırılmasına həsr edilmişdir

 

Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) və Bakı Fond Birjası, dünyanın 40-dan çox fond birjasına qoşularaq “Gender bərabərliyi naminə zəng” təşəbbüsünə dəstək verməklə gender bərabərliyinin özəl sektorda artım və dayanıqlı inkişaf baxımından önəmini vurğulayırlar.  

 

Bakı Fond Birjası tədbirində iştirak etmiş 60-dan çox özəl şirkətlər, hökumət və beynəlxalq inkişaf təşkilatları nümayəndələri qadınların səlahiyyətləndirilməsi necə məhsuldarlığı yüksəldə, əlavə müştəriləri cəlb edə, özəl şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdıra və, nəticə etibarilə, ÜDM-i necə artıra bilər mövzuları ətrafında müzakirə apardılar.    

 

“Tədqiqatlara görə, insan - istər kişi, istər qadın olsun, - iş yerində özünəməxsus üstünlüklərə malikdir,” – Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin səlahiyyətlərini i.e.Vüqar Namazov söylədi.

 

“Məqsədimiz ən qiymətli ehtiyatımızı – insan kapitalını – düzgün istifadə edib tarazlaşdırmaq, habelə qadınların özəl sektorvə qərarvermə prosesləri üçün əhəmiyyətini nümayiş etdirməkdir.”

 

BMT-nin Dayanıqlı Fond Birjaları təşəbbüsünün son hesabatına görə, qadın mülkiyyətində olan kiçik müəssisələr, maliyyə xidmətləri ilə daha yaxşı əhatə olunduğu halda, qlobal iqtisadiyyata təqribən 285 milyard ABŞ dolları əlavə dəyər verə bilərlər. 2025-ci ilə qədər cinslər arasında qeyri-bərabərlikaradan qaldırılsa, dünya iqtisadiyyatı, yəni bütün xalqlar və cəmiyyətlər, 28 trilyon dollar daha varlı ola bilər.

 

“Gender fərqinin azaldılması şirkətlərə maliyyə göstəricilərini və investor əminliyini artırmağa kömək edə bilər. Beləliklə, gender bərabərliyi həmçinin iqtisadi ehtiyacdır,” –deyərək IFC-nin AzərbaycandakıDaimi Nümayəndəsi Aliyə Əzimova qeyd etdi.

 

“Araşdırmalar göstərir ki, şirkətlərin rəhbərliyində qadınların iştirakı və yaxşı korporativ idarəçilik arasında birbaşa əlaqə var. Hazırda IFC inkişafda olan ölkələrdə (o cümlədən Azərbaycanda) idarə heyətlərində gender müxtəlifliyini dəstəkləmək məqsədilə potensialıngücləndirilməsi, maarifləndirmə və ictimai müzakirənin genişləndirilməsi üçün çalışır.”

 

Artıq üçüncü dəfə Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən qlobal “ birja açılış zəngi”tədbiri IFC və Dayanıqlı Fond Birjası Təşəbbüsü tərəfindən, BMT-nin Qlobal Saziş təşkilatı, BMT-nin Qadınlar Qurumu, Fond Birjalarında Qadınlar Təşəbbüsü və Dünya Birjaları Federasiyası ilə birgə təşkil olunur. Məqsəd gender bərabərliyi və dayanıqlı inkişafın təmin edilməsində özəl sektorun rolunu vurğulamaqdır.   

 

Bakıdakı tədbir IFC-nin Avropa və Mərkəzi Asiyada Korporativ İdarəetmə Proqramı tərəfindən dəstəklənir və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.

 

Azərbaycan 1995-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və sənaye sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə 473 milyon ABŞ dollarından çox yatırımlar etmiş və bu məbləğdən 73 milyon ABŞ dollarına yaxın maliyyənidigər kreditorlardan cəlb etmişdir. Bundan əlavə, IFCticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 80 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını təşviq etmək məqsədilə bir sıra məsləhət xidmətləri layihələri icra edib. 

09.03.2017 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ