Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

4 ay ərzində illik planın 40%-ni yerinə yetirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 ay ərzində illik planın 40%-ni yerinə yetirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Gömrük Komitəsi 4 ay ərzində illik proqnozun 40%-ni yerinə yetirib


 

Reklam_3_11

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 391 milyon 858,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 364  milyon 277 min manat və ya 35,45% çoxdur.

 

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 50 milyon 784,1 min manat və ya 19,23% artaraq 314  milyon 800,4 min manat olub.

 

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 257  milyon 784,9 min manat və ya 36,3% artaraq 967 milyon 778 min manat, aksizlər 53 milyon 639,7 min manat və ya 2,3 dəfə artaraq 96 milyon 63,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 milyon 68,3 min manat və ya 18,6% artaraq 13 milyon 216,8 min manat təşkil edib.

 

Qeyd edək ki, 2019-cu il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmanın həcmi 3 milyard 451,6 milyon manat təşkil edəcək.

08.05.2019 12:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ