Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ Çin məhsullarına gömrük tarifini 2 dəfədən çox qaldırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Çin məhsullarına gömrük tarifini 2 dəfədən çox qaldırdı

ABŞ, 200 milyard dollarlıq Çin məhsullarna qarşı gömrük tarifini 10 Maydan etibarən 10 faizdən 25 faizə qaldırır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Marja" xəbər verir ki, qərar ABŞ-ın rəsmi qəzeti olan "Federal Register"da dərc olunub.

 

ABŞ Prezidenti Donald Tramp qərarın ardından "Twitter" hesabından verdiyi açıqlamada, Çin Baş nazirinin köməkçisi Liu He-nin danışıq aparmaq üçün Vaşinqtona gələcəyini bildirib. 


Tramp Twitter mesajında "Görəcəyik.  Ancaq illik 100 milyard dollardan çox verginin ABŞ-ın büdcəsini dolduracağına görə çox xoşbəxtəm. ABŞ üçün möcüzə, Çin üçün yaxşı deyil!", - yazıb.

 

Tramp, bazar günü "Twitter" hesabından verdiyi açıqlamada, Çindən idxal edilən 200 milyard dollarlıq məhsula vergini 10 faizdən 25 faizə qaldıracağını bildirmişdi. Tramp, ticarət sazişi üçün danışıqların çox ləng getdiyindən, Çinin bir çox məsələləri yenidən müzakirə etmək istədiyindən şikayət etmişdi.  

 

Trampın sərt açıqlamaları Çin nümayəndə heyətinin bu həftə Vaşinqtona səfəri ərəfəsinə təsadüf edir. 

 

Tramp, "Çin, 10 aydır ABŞ-a 50 milyard dollar dəyərində olan yüksək texnologiya məhsullarında 25 faiz, 200 milyard dollar dəyərindəki digər məhsullarında isə 10 faiz gömrük vergisi ödəyir. Bu 10 faiz də cümə günü 25%-ə qalxacaq. Çindən gələn 325 milyard dollar dəyərindəki digər məhsullara hələ də vergi qoyulmur, ancaq yaxında 25 faiz olacaq. ABŞ-a ödənilən vergilərin, Çin tərəfindən ödənilməsi sayəsində məhsul qiymətləri üzərində çox az təsiri oldu. Çin ilə Ticarət Müqaviləsi üçün danışıqlar davam edir, ancaq təkrar müzakirə etmək istəmələri səbəbindən çox ləng gedir", - "Twitter"də yazmışdı.

08.05.2019 15:57

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ