Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Türk lirəsi üçün nikbin olmaq çətindir. Dollar 7 lirəyə qalxarsa..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türk lirəsi üçün nikbin olmaq çətindir. Dollar 7 lirəyə qalxarsa..."
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri şirkəti "Rabobank"ın strateqi Piotr Matys "Bloomberg"ə verdiyi açıqlamada Türk lirəsi (TL) üçün bu mərhələdə nikbin olmadığını deyib. O,  İstanbulda təkrar seçki keçirilməsinin investorlar üçün qeyri-müəyyənlik mənbəyi olduğunu, bunun da TL-nin zəifləməsinə təkan verdiyini bildirib. 
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

"Marja" xəbər verir ki, Matys, "Son 4 həftədə TL 8% ucuzlaşıb və TL ən pis performans göstərən inkişaf edən ölkə valyutası olub. Bu da, "inflyasiya hələ uzun müddət yüksək qalmağa davam edə bilər" deməkdir. Bu halda da Mərkəzi Bankın faiz endirəcəyi ehtimalı azalır",- deyib.

 

Matys Dollar/TL məzənnəsi sürətli bir şəkildə 6.50-yə və ya 7 səviyyələrinə qalxarsa Mərkəzi Bankın buna reaksiya vermək məcburiyyətində qalacağını bildirib.

 
Matys Türkiyə aktivlərinə qavrayışın mənfi olduğunu bildirərək "Birjada 88 min səviyyəsini izləyəcəyik. Əgər ABŞ ilə münasibətlər baxımından konstruktiv ritorikalar eşitsək Türkiyə aktivlərində yaxşılaşma ola bilər. Amma hazırda TL üçün nikbin olmaq çətindir" deyib.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Matys qeyd edib ki, struktur islahatlara diqqət yetirilməsi lazım olduğu halda, yenidən seçkiyə fokuslanmaq TL aktivlərinə mənfi təsir edir. İqtisadiyyatda konkret addımlar görmədiyini bildirən Matys, "investorlar iqtisadi siyasətlərdə daha çox şey görmək istəyir. Mərkəzi Bank pul siyasəti mətnindən "lazım gələrsə əlavə tədbirlər görülə bilər"  ifadəsini çıxararaq təəccübləndirdi. Bu da məncə siyasət səhvi oldu. Bir-birinin ardınca baş verən proseslər investorları narahat edir" deyib.

 

Bakı vaxtı ilə saat 09:00-da Dollar/TL məzənnəsi 6.1655 səviyyəsində olub. Dünən məzənnə 6.20 səviyyələrini test etmişdi. 

09.05.2019 07:17

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ