Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank Manatı yığmaq üçün notlarını sata bilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Mərkəzi Bank Manatı yığmaq üçün notlarını sata bilmədi

09 mart 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100256S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 50 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 9,371,300.00 AZN təşkil etmişdir.

 

Sifarişlər 98.8879 AZN (14.9947%) və 98.9200 AZN (14.5572%) qiymətində təqdim edilmişdir.

 

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8879 AZN (14.9947%), orta ölçülmüş qiyməti – 98.9025 AZN (14.7957%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

 

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 09.03.2017 (t+0) tarixində həyata keçirilmişdir

 

Notların nominal üzrə reallaşdırılmış həcmi 9,371,300.00 AZN manat məbləğində müəyyən edilmişdir.

 

Notların ödəmə tarixi 05.04.2017-ci ildir.

09.03.2017 14:51

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ