Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək

Azərbaycanda İngiltərədən gətirilən məhsuldar, ixracyönümlü giləmeyvə sortları becəriləcək.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İngiltərə şirkəti arasında birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunub.

 

İnstitutun ərazisində belə bir müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda giləmeyvə sortlarının artırılması ilə bağlı layihənin icrasını həyata keçirmək, həmçinin fermerləri məhsuldar giləmeyvə şitil və tingləri ilə təmin etməkdən ibarətdir.

 

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, bu istiqamətdə işlərə 3 il əvvəl başlanılıb. İngiltərədən gətirilən çiyələk, moruq və böyürtkən bitkiləri sınaq müddətində institutun təcrübə bazasında becərilib. Bu bitkilərin yerli iqlim şəraitinə uyğunluğu, məhsuldarlığı istiqamətində müsbət nəticələr əldə edilib. Xarici şirkət nümayəndələri ilə həmin təcrübə sahələrinə baxış keçirildikdən sonra bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədəuyğun sayılıb.

 

İki ay müddətində yaradılması nəzərdə tutulan birgə müəssisədə işlər üç mərhələdə həyata keçiriləcək. Əvvəlcə İngiltərədən yerli iqlim şəraitinə uyğun giləmeyvə sortları gətiriləcək. Daha sonra həmin sortların şitil və tingləri yetişdirilərək artırılacaq. Son mərhələdə isə giləmeyvə becərmək istəyən fermerlər aşağı qiymətlə həmin şitil və tinglərlə təmin olunacaqlar.

 

İlham Qurbanov bildirib ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda müasir biotexnologiya laboratoriyası fəaliyyət göstərir. Gələcəkdə xaricidən gətirilən giləmeyvə sortlarının bu laboratoriyada artırılması və idxalın qarşısının alınması mümkün olacaq.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Azərtac

10.05.2019 04:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ