Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tikinti şirkətləri “sayğac pulu”nu qaldırıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti şirkətləri “sayğac pulu”nu qaldırıblar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tikinti şirkətləri sayğaclara görə mənzil sahibindən alınan ödəniş məbləğini qaldırıblar.

 

“Marja” xəbər verir ki, bu ilədək əksər tikinti şirkətləri hər mənzil sahibindən elektrik enerjisi, qaz və su sayğaclarına görə təxminən 700-1000 manat ödəniş alırdılar. Bu ildən ödəniş 1250 manatadək qaldırılıb.  

 

Vətəndaşlar kommunal xidmətlərin alınmasına görə quraşdırılan sayğacların pulsuz olduğunu bildirsələr də, tikinti şirkətləri “Azərişıq”, “Azəriqaz” və “Azərsu”ya rüşvət verdiklərini iddia edərək müəyyən etdikləri məbləği mənzil sahiblərindən alırlar. Sayğaclarının pulu ödənməyən mənzillərin elektrik enerjisi, qazı və suyu tikinti şirkəti tərəfindən kəsilir. Həmçinin, sayğacların ödənişi etməyən mənzil sahibi sənədləşmə üçün tələb olunan sənədləri tikinti şirkətindən ala bilmir. “Sayğacların pulunu ödə, sənədləri verək” şərti ilə qarşı-qarşıya qalırlar.

 

Tikinti şirkətlərindən bildirirlər ki, sağaclara görə ödənişi özləri üçün almırlar. İddia olunur ki, bu ödəniş, sayğacların alınmasına və quraşdırılmasına görə “Azərişıq”, “Azəriqaz” və “Azərsu”ya ödənilmiş rüşvətin kompensasiyasıdır. “Sayğac pulu”nun qalxmasına gəldikdə isə, bu, hər üç təşkilatın aldıqları haqları artırmaları ilə bağlıdır.

 

“Biz də sayğacların əhali üçün ödənişsiz olduğunu bildiririk. Sayğaclar köhnə binalarda və həyət evlərində  əhaliyə ödənişsiz quraşdırılır. Yeni tikilən binalara gəldikdə isə vəziyyət dəyişir. “Azərişıq”, “Azəriqaz” və “Azərsu”da yaxşı bilirlər ki, işıq, qaz və su olmadan tikinti şirkəti mənzilləri sata bilməyəcəkdir. Əgər tikinti şirkəti binada vaxtında işıq, qaz və suyun olunmasını istəyirsə, həmin təşkilatların istədiyi məbləğləri ödəməlidir. Əks halda “anbarda sayğac yoxdur”, “sənədlər düz deyil” kimi müxtəlif bəhanələr  gətirilərək sayğaclar quraşdırılımır. Rüşvət verilməsə texniki şərt də almaq çətindir”,- tikinti şirkətinin əməkdaşı olduğunu bildirən və adını açıqlamayan nümayəndə “Marja”ya bildirdi.

 

Onun sözlərinə görə, “Azərişıq”, “Azəriqaz” və “Azərsu” vəsaiti qeyri-rəsmi alır. Vəsaiti ödəyən tikinti şirkətinin binasında su, qaz və işıq vaxtında təmin olunur. Vətəndaşın özünün sayğacları alması demək olar ki, mümkün deyil. Çünki, sayğaclar vətəndaş mənzilinə köçməmişdən əvvəl tikinti mərhələsində quraşdırılır. Vətəndaş "Asan Kommunal"lara ya sayğacları adına keçirtmək, ya da kart almaq üçün gedir. Bir çox hallarda da sayğaclar öncədən tikinti şirlkətinin təqdimatı ilə vətəndaşların adına rəsmiləşdirilmiş olur. 

 

Sayğaclar adı ilə vətəndaşlardan əlavə pul yığan tikinti şirkətləri olduğu da bildirilir. Bəzi tikinti şirkətləri sayğaclara görə mənzil sahibindən 2500 manat tələb edirlər.

 

"Azərişıq","Azəriqaz" və "Azərsu"dan dəfələrlə mətbuata bildirilib ki, tikinti şirkətləri sayğaclara görə pulu özləri üçün yığırlar. 

 

Ölkədə aparılan islahatların bu sahəni də əhatə etməsinə ehtiyac var. Ümid edirik ki, tezliklə yeni binalarda sayxacların pulla satılması təcrübəsinə son qoyulacaqdır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Bu yaxınlarda Prezident İlham Əliyev “Azəriqaz”a öz iradlarını bildirərək demişdi:

 

"“Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".

11.05.2019 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ