Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda sığorta haqlarının 77%-i 5 şirkətin payına düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sığorta haqlarının 77%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 201,174 milyon manat sığorta haqqının 155,647 milyon manatı və yaxud 77,4%-i 5 sığorta şirkətinin payına düşüb.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına həmin şirkətlər "PAŞA Sığorta" (64,469 milyon manat), "PAŞA Həyat Sığorta" (39,673 milyon manat), "Azərsığorta" (31,69 milyon manat), "Atəşgah Sığorta" (10,529 milyon manat) və "Atəşgah Həyat Sığorta" (9,286 milyon manat) ASC-lərdir.

 

3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (79 min manat), "Amrah Sığorta" (91 min manat), "Bakı Sığorta" (175 min manat), "Rəvan Sığorta" (557 min manat) və "Günay Sığorta" (730 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,632 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,8%-i deməkdir.

 

Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 43,895 milyon manat (21,8%) təşkil edib.

 

Sığorta ödənişlərinin 70%-i 5 şirkətin payına düşür

 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 46,234 milyon manat sığorta ödənişinin 32,51 milyon manatı və yaxud 70,3%-i 5 sığorta şirkətinin payına düşüb.

 

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (12,489 milyon manat), "PAŞA Sığorta" (9,044 milyon manat), "Atəşgah Sığorta" (4,546 milyon manat), "Atasığorta" (3,478 milyon manat) ASC-lər və "Azərsığorta"dır (2,953 milyon manat).

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1 min manat), "Bakı Sığorta" (22 min manat), "İpək Yolu Sığorta" (44 min manat), "Amrah Sığorta" (55 min manat) və "Rəvan Sığorta" (83 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 205 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,45%-i deməkdir.

 

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 13,519 milyon manat (29,25%) təşkil edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Renkinq 

10.05.2019 07:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ