Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“GRBS” şirkətinin dərsləri yarımçıq keçdiyi, müəllimlərə ödəniş etmədiyi bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“GRBS” şirkətinin dərsləri yarımçıq keçdiyi, müəllimlərə ödəniş etmədiyi bildirilir

Tədris və təlim xidmətləri göstərən “GRBS” şirkətinin dərsləri yarımçıq keçdiyi, təlimçilərin və müəllimlərin əməkhaqlarını ödəmədiyi iddia edilir.

 

“Marja” xəbər verir ki, məsələ “Linkedİn” sosial şəbəkəsində ictimailəşdirilib.

 

“Dostlar təlim haqqında hansısa planlarız olsa heç vaxt saxtakar işçi heyətinə malik “GRBS” şirkəti ilə əməkdaşlıq etmiyin. Dələduz heyət tələbələrdən pulu öncədən alaraq dərsləri yarımçıq qoyur və müəllim heyətinin ödənişlərini yerinə yetirmir. Maksimum paylaşaq, hamı bu dələduz qruplaşmasından xəbərdar olsun”.

 

Məsələni ictimailəşdirən şəxs qeyd edib ki, “GRBS” şirkətində dərs deyib, amma ödənişini ala bilmir.

 

Mövzuya yazılan şərhlərdə qeyd olunur ki, dərslərin yarımçıq qalması müəllimlərə ödənişin edilməməsi ilə bağlıdır.

 

İldırım Kərimli yazıb: "Dərslərin yarımçıq olması bir dərd. Elə qrup var ki, ödəniş olunub, amma dərslər keçirilmir. Niyə? Çunki müəllimin pulunu ödəmirlər".

 

Elnur Hüseynli yazıb: “Bir yoldaş var - 3 ay təlim keçib. Dərslər qurtarıb hələ də o, ödəniş ala bilmir.  Bəlkə hansısa gün və vaxt təyin olunsun bütün ödənişlərini ala bilməyən müəllimlər bir yerdə yaxınlaşsınlar?!”.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qaldırılan məsələ barədə paylaşım “GRBS”in Baş direktoru Bəhram Qurbanovun Linkedİn səhifəsinə də "tag"edilib və ondan münasibət tələb edilib.

 

Mətbuatda çıxan məlumatlardan məlum olur ki, müəllimlərin “GRBS” şirkətindən əməkhaqqı ala bilməmələri məsələsi yeni deyil. “2017-ci ildə Azərbaycanda “İELTS” imtahanlarında danışıq üzrə mütəxəssis işləyən Pakistan vətəndaşı Arpana Laute tədriz mərkəzi olan “GRBS”yə qarşı məhkəmə iddiası qaldırıb. “GRBS İnternational Training Centre” MMC-də bir müddət müəllim kimi fəaliyyət göstərən A.Laute əmək haqqısını ala bilmədiyini iddia edib.O, məhkəmədə müqavilə üzrə borcun və dəymiş zərərin ödənilməsini “GRBS”dən tələb edib.İş üzrə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində qətnamə qəbul edilib. Qərara əsasən, A.Lautenin iddiası təmin edilib",- mətbuatda yayılmış xəbərlərdən birində deyilir.

 

Məsələ ilə əlaqədar Mayın 8-də “GRBS” şirkətilə əlaqə saxladıq. Şirkətdən “Marja”ya bildirildi ki, rəhbərlik ilə məsləhətləşib iddialara münasibət bildirəcəklər. Şirkətin açıqlamasını yayımlamağa hazırıq.

10.05.2019 07:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ