Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Futbol tədbiri üçün Bakıya 70 KIA gətirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Futbol tədbiri üçün Bakıya 70 KIA gətirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“KIA Motors Corporation” (KMC) ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, Avropa Liqasının final oyunlarında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.

 

Reklam_3_11

AFFA-nın yaydığı məlumata görə, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşması ilə bağlı tədbirlərdə istifadə olunması üçün KMC şirkətinin ölkəmizdəki rəsmi distributoru “KIA Azərbaycan” tərəfindən 70 ədəd yeni model KIA avtomobili gətirilib. Modellər arasında “Optima”, “Carnival”, “Sportage”, “Sorento”, “K900” və “Stinger” yer alıb.

 

Mayın 23-dən 30-dək müddətdə final oyunu ilə bağlı tədbirlərdə istifadə olunacaq avtomobilləri sürücü ilə UEFA tərəfindən müəyyənləşdirilmiş şirkət təmin edəcək.

 

Avtomobillər əsasən, UEFA-nın rəsmi şəxsləri və final qarşılaşmasına gələcək VIP qonaqların hava limanından otellərə, həmçinin oyunla bağlı müxtəlif tədbir məkanlarına daşınması üçün nəzərdə tutulub. Həmin avtomobillər artıq “UEFA Avropa Liqası Finalı Bakı 2019”a uyğun şəkildə brendinq olunub.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qeyd edək ki, bu, KMC şirkətinin Avropa Liqası turnirində UEFA ilə ilk əməkdaşlığıdır.

10.05.2019 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ