Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni lisenziya almış TV yerüstü yayıma başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni lisenziya almış TV yerüstü yayıma başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 23 aprel 2019-cu il tarixli qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya yayımı üçün lisenziya verilib. Sözügedən qərara uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında Real TV proqramının DVB-T standartında yerüstü yayımına başlanılıb.

 

Bu barədə  Nəqliyyat, Rabitə və Yuüsək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Buna qədər isə MTRŞ-in müvafiq qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" MMC-yə ixtisaslaşmış proqram kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmiş və bunun əsasında Teleradio İB-nin Bakı Teleqüllə Kompleksinin yerüstü peyk stansiyası üzərindən ötürülməklə, Real TV proqramının 11135 MHs tezlikdə "Azerspace-1" peykindən SD formatlı yayımı təmin olunmuşdu.

 

Hazırda Teleradio İB tərəfindən Real TV proqramının paralel olaraq yerüstü, peyk və İPTV üzərindən yayımı aparılır.

10.05.2019 10:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ