Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Hesab.az ilə gənclər üçün seminar!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az ilə gənclər üçün seminar!

(®) "GoldenPay" şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar ADA Universiteti tələbələri üçün "Marketinq planı necə hazırlanmalı?" mövzusunda seminar keçirib.

 

Eyni adlı növbəti seminar ASAN Xidmət könüllüləri üçün də keçirilib.

 

Seminarda marketinqin strateji planlaşdırılması, rəqabət mühitinin təhlili, müştələrin təhlili, rəqiblərin təhlili, bazar məqsədlərinin seçilməsi, xidmətlərə və müştərilərə münasibətdə üstünlük əsasında rəqabət, elektron marketinq əsasında rəqabət, 21-ci əsrin marketinq strategiyaları haqqında danışılıb.

 

Maraqla qarşılanan seminarda Tuğba xanım iştirakçıların suallarını cavablandırın və onlara karyera həyatlarında uğur qazanmaq üçün məsləhətlər verib.

 

Hesab.az hərzaman gənclərin üçün maarifləndirici seminarların təşkil olunmasında yaxından iştirak etmişdir. İl ərzində Hesab.az onlayn ödəmə portalının mütəxəssislərinin iştirakı ilə seminarların həyata keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti "GoldenPay" 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

10.05.2019 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ