Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Temperatur 5-8 dərəcə aşağı enəcək, dolu düşəcək" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Temperatur 5-8 dərəcə aşağı enəcək, dolu düşəcək" - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi mayın 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

 

Reklam_3_11

Düşən yağıntının miqdarı Qəbələ, Kişçayda (Şəki) 8, Xınalıqda 5, Şahdağda 4, Qırız, Şəki, Oğuz, Ordubadda 3, Göygöl, Ağdərə (Ordubad), Lənkəran, Astara, Lerik, Sarıbaş (Qax), İsmayıllıda 2, Yardımlı, Neftçala, Biləsuvar, Qazıməmməd, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Xaltan, Qusar, Mərəzə, Zaqatala, Ağstafa, Ağdam, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Şahbuz, Naxçıvan, Binə, Sumqayıtda 0.4-1 mm olub. Şimal-qərb küləyi Daşkəsəndə 25, Naftalan, Gəncədə 20, Naxçıvan, Ağdamda 16 m/s-dək güclənib".

 

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

 

O deyib ki, mayın 11-də respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir: "Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.

 

Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26 dərəcəyədək yüksələcək".

10.05.2019 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ