Türk lirəsinin ucuzlaşmasını dayandırmaq üçün 1 milyard dollar satılıb

Türkiyədə dövlət bankları vasitəsilə bazarlarda dünən və gecə yarısından sonra 1 milyard dollardan çox valyuta satışı edildiyi iddia edilir.


 

"Reuters"ə məlumat verən mənbələr, "Ziraat Bankası" başda olmaqla dövlət bankları vasitəsilə bazarlarda dünən və gecə yarısından sonra 1 milyard dollardan çox valyuta satış reallaşdırıldığını bildiriblər.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Marja" xəbər veri ki, Dollar/TL məzənnəsi dünən 6.2460 səviyyəsini test etdikdən sonra Türkiyə Mərkəzi Bankının addımlarının da dəstəyi ilə gecə saatlarında istiqamətini aşağı çevirməyə başladı. Sonra məzənnədəki eniş meyli təxminən 20-25 dəqiqə ərzində 6.0515-ədək davam etdi. 

 

Hazırda Dollar/TL məzənnəsi 6.10 səviyyələrindədir. Lirə Dollar qarşısında 1,4% dəyər qazanıb. 

10 May 2019 , 17:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin