Mobil manşet üstü reklam_21

"İnvest-AZ"ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb - 2018-İN NƏTİCƏLƏRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnvest-AZ"ın xalis mənfəəti 2 dəfəyə yaxın artıb - 2018-İN NƏTİCƏLƏRİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2018-ci ili 654 min 347 manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə təxminən 2 dəfə çoxdur. Belə ki, “İnvest-AZ” 2017-ci ili 340 min 812 manat xalis mənfəələ bağlamışdı.

 

Reklam_3_11

“Marja” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “İnvest-AZ”ın cəmi gəlirləri 1 milyon 82 min manat və ya 38,8% artaraq 3 milyon 909 min manat təşkil edib. Şirkət 2017-ci ildə 2 milyon 827 min manat cəmi gəlir əldə etmişdi.

 

Cəmi gəlirlərin komponenetlərinə nəzər saldıqda məlum olur ki, likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri 24% artaraq 3 milyon 406 min manat, broker xidmətlərindən və digər komissiya gəlirləri 7,7 dəfə artaraq 462 min 231 manat təşkil edib. Həmçinin, “İnvest-AZ” 21 min 600 manat dividend gəliri və 19 min 153 manat tədris xidmətlərindən gəlir əldə edib.

 

Ötən il “İnvest-AZ”ın cəmi xərcləri 3 milyon 62 min manat, əməliyyat mənfəəti 846 min 140 manat təşkil edib. Eyni zamanda, məzənnə fərqindən 2500 manat gəlir daxil olub. Şirkət 848 min 640 manat mənfəətindən 194 min 293 manat mənfəət vergisi ödəyib.

 

31 Dekabr 2018-ci il tarixinə "İnvest-AZ"ın cəmi aktivləri 11 milyon 503 min manat olub ki, bu da illik müqayisədə 66,95% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 61,7% artaraq 9 milyon 248 min manata, balans kapitalı isə 92,6% artaraq 2 milyon 255 min manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 1,6 milyon manata çatıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

10.05.2019 18:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ