“Qafqaz Lizinq” ötən ili zərərlə başa vurub

“Qafqaz Lizinq” ASC 2018-ci ili 59 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2017-c ildən 52 min manat mənfəətlə çıxmışdı.

 

Ötən il “Qafqaz Lizinq”in gəlirləri 27 min manat, o cümlədən faiz gəlirləri 1 min manat, qeyri-faiz gəlirləri 26 min manat, xərcləri isə 86 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri isə 86 min manat təşkil edib.

 

Bu il yanvarın 1-nə “Qafqaz Lizinq”in aktivləri 663 min manat olub ki, bu da illik müqayisədə 79,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri demək olar ki, dəyişməyərək 7 min manat qalıb, balans kapitalı isə 79,85% azalaraq 656 min manat, o cümlədən nizamnamə kapitalı 79,4% azalaraq 660 min manata düşüb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© “Renkinq”

10 May 2019 , 20:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin