Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 9-na USD/AZN rəsmi məzənnəsini 1.7563 manat səviyyəsində açıqladı.

 

- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü  müşahidə olundu, Dollar əsasən 1.77-1.80 manat səviyyələrindən satıldı.

 

 - Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7431 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında 0,75% möhkəmləndi.

 

- Hərracdan sonra banklarda Dolların məzənnələrinin sürətlə düşdüyü müşahidə olundu. Bir sıra banklarda Dolların alışı 1.69, satışı isə 1.75 manatadək düşdü.

 

- Axşam saat 17:05-də Mərkəzi Bank 10.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7437 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyədən cüzi yuxarı idi.

 

 RAHAT MEBEL KREDİTİ!

 

Qeyd edək ki, çoxları manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların bahalaşacağını hesab edir. Bəzi iddialara görə, ABŞ Mərkəzi Bankı Fed Martın 15-də faizi artırarsa Dollar daha da bahalaşacaqdır.

 

Qeyd  edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!

09.03.2017 18:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ