Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həftənin ilk iş gününə olan hava proqnozu açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 13-də respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Səhər bəzi yerlərdə duman olacağı, lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz 25-27° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti təşkil edəcək.

12.05.2019 10:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ