Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İranın “Araz”ından Azərbaycana ixracın həcmi 28 milyon dollara çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranın “Araz”ından Azərbaycana ixracın həcmi 28 milyon dollara çatıb

İranın “Araz” Azad İqtisadi Zonasından (AİZ) Azərbaycana ixracın həcmi artaraq 28 milyon dollara çatıb.

 

Bu sözləri İranın “Araz” AİZ-in baş direktoru Möhsün Nəriman deyib. O bildirib ki, AİZ-dən Türkiyə, Gürcüstan, Özbəkistan, Əfqanistan, Rusiya və Almaniyaya da mal ixrac edilir. Lakin Azərbaycanın yaxın qonşu dövlət olması və qarşılıqlı iqtisadi əlaqələrin yüksək səviyyəsi bu ölkə ilə ixrac əməliyyatlarının həcminin artmasına səbəb olub.

 

M.Nəriman bildirib ki, 2018-ci ildə zonadan 251 milyon dollar həcmində mal ixrac edilib ki, bunun 28 milyonu Azərbaycanın, 68 milyonu Türkiyənin, qalanı isə digər ölkələrin payına düşüb.

 

Azərbaycanın iş adamları AİZ-ə sərmayə yatıraraq istehsal prosesində iştirak edirlər. İş adamlarının qarşılıqlı əlaqələri sərmayənin həcminin yaxın vaxtlarda daha da artacağını deməyə əsas verir.

 

Xatırladaq ki, İranın “Araz” AİZ-i Araz çayının sahilində, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Azərtac

13.05.2019 06:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ